SON DƏQİQƏ

Azərbaycanda silahlı insident baş verib

Tarix:

31-01-2017, 10:45

/ 7 021 dəfə oxundu.
Azərbaycanda silahlı insident baş verib

Ağcabədi rayonunda silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Taxtakörpü kəndində qeydə alınıb. 
Kənd sakini Əmrah Məmmədov həyətlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb. 
O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. 
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır. 
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ