SON DƏQİQƏ

Tehranda yaralıların sayı 200-ə yaxınlaşır

Tarix:

23-01-2017, 13:24

/ 3 335 dəfə oxundu.
Tehranda yaralıların sayı 200-ə yaxınlaşır

İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb.
Gunaz.az Trend-ə istinadən xəbər verir ki, bunu IRNA agentliyinə müsahibəsində şəhər Xilasetmə Xidməti İdarəsinin əməkdaşı Həsən Abbasi deyib.
Xilasedicinin sözlərinə görə, ümumilikdə 194 nəfər xəsarət alıb, onlardan 44-ü xəstəxanaya yerləşdirilib:
"İşlər davam edir, indiyədək iki yanğınsöndürənin meyitinin şəxsiyyəti müəyyən edilib".
Qeyd edək ki, yanvarın 19-da Tehranın ən köhnə göydələni olan 17 mərtəbəli binada yanğın baş vermiş və tikili dağılmışdı. Hadisə vaxtı binada çox sayda yanğınsöndürən olub. Bundan əvvəl 7 nəfərin öldüyü, 84 nəfərin xəsarət aldığı bildirilirdi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ