SON DƏQİQƏ

Möcüzəli "Qum hamamı"-MAŞTAĞADA

Tarix:

22-09-2020, 13:00

/ 5 112 dəfə oxundu.
Möcüzəli "Qum hamamı"-MAŞTAĞADA

Bildiyimiz kimi Maştağa kəndi Bakının qədim yaşayış qəsəbələrindən biridir. Bu kənddə qədim adət-ənənələrə aid xeyli sayda qədim abidələr var .
Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhər İH-nin başçısı Eldar Əzizov Maştağa qəsəbəsində olub. Maştağa qəsəbəsinin turizm üçün əhəmiyyətli bir məkan olduğunu nəzərə alaraq burada qədim abidələrin, məsçidlərin ümumiyyətlə küçələrin qədimliyi qorunmaqla bərpa olunaraq turistlərin ixtiyarına verilməsi müzakirə olunub.
İlk olaraq "Qum hamamı"ndan başlanan işlər gələcəkdə başqa qədim tikililəri də əhatə edəcək.
"Qum hamamı".
XVII-XVIII əsrdə tikilib. 1920-ci illərin əvvəllərində qum altında aşkar edilib və cüzi təmirdən sonra istismara verilib.
Hamam konfiqurasiyalı plana malik olub, iki əsas otaqdan - soyunma və yuyunma otağından ibarətdir. Abşeron tikililərinin təsnifatına Azərbaycan mülki memarlığının ən maraqlı obyekti kimi daxil olub.
Qərb tərəfdən düzbucaqlı olaraq, şərqdən isə məhz yuyunma bölməsi zonasında pilləli formada tikilib. Planda oxvari zalların tin hissəsində fərdi istifadə üçün otaqlar nəzərdə tutulub, ancaq hamamın çox hissəsi torpaq altında qalmışdı.
Öncə onu qeyd edim ki, nə qədər qəribə olsa da, kənd sakinlərinin çoxu hamamın harada yerləşdiyindən, varlığından, tarixindən xəbərsiz olub.
Hamamın yerini bilənlər isə deyirlər ki, əvvəllər burada böyük təpə olub, yəni hamam görünmürmüş. Sonralar yavaş-yavaş təpə aşınmaya uğrayıb, ovuqlar açılıb və məlum olub ki, burada hamam varmış.
Maştağa qəsəbəsində yerləşən XVII-XVIII əsrlərə aid  "Qum hamamı"nın içərisində və ətrafında yerli Bələdiyyə tərəfindən təmizlik işləri aparılıb, s
akinlərə bir daha tapşırılıb ki, yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınan hamamın olduğu əraziyə zibil tökməsinlər
Bir hissəsi yer altında olan tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, insanlarla  söhbət də aparılıb ki, bura zibil tökülməsin amma yenə əraziyə zibil tökülməsi davam edib.
Vətəndaşlar isə yaxınlıqda zibil qutularının olmamasından şikayət edirdilər. Rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyi və bələdiyyə tərəfindən əraziyə zibil qutuları qoyularaq təmizlik bərpa edilib.
Bu işlərin görülməsində İH-nin yerli nümayəndəsi və Maştağa Bələdiyyəsinin gördüyü işləri xüsusi qeyd etməklə Maştağanın qədimliyinin qaytarılmasında onların gələcəkdə də öhdəliklərinin çox olması göz önündədir.
Qədim abidələrin bərpası ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları "Qum hamamı"nda, "Bakı Abad"ın əməkdaşları isə Maştağanın küçələrində qızğın işə başlayıblar.
Əminik ki, Prezident İlham Əliyevin göstərişi əsasında tez bir zamanda bu tarixi abidələr bərpa edilərək Maştağanın qədimliyini özünə qaytaracaq.
Bilman İSAQ
Kohnə şəkillər

 

 

 

Yeni şəkillər

Möcüzəli "Qum hamamı"-MAŞTAĞADA


 

Möcüzəli "Qum hamamı"-MAŞTAĞADA

 

Möcüzəli "Qum hamamı"-MAŞTAĞADA

 

Möcüzəli "Qum hamamı"-MAŞTAĞADA

 

Möcüzəli "Qum hamamı"-MAŞTAĞADA

 

Möcüzəli "Qum hamamı"-MAŞTAĞADA

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ