SON DƏQİQƏ
» » "Bəlalı bulaq" neçə evə VİRUS DAŞIYIR-FOTO

"Bəlalı bulaq" neçə evə VİRUS DAŞIYIR-FOTO

Tarix:

19-06-2020, 14:35

/ 3 816 dəfə oxundu.
"Bəlalı bulaq" neçə evə VİRUS DAŞIYIR-FOTO

 Yer üzündə, eləcə də bizim ölkəmizdə dəhşətli bir koronavirus kabusunun dolaşdığı bir vaxtda görün bir sıra məmurların səhlənkarlığı, etinasızlığı hesabına hansı xoşagəlməz hallarla üz-üzəyik?
Artıq bir aydır ki, mən hər dəfə işdən evə dönəndə ağlasığmaz bir mənzərənin şahidi oluram. Yasamal rayonunda, Ə. Ələkbərov 12 ünvanda yardımçı yolda yerin altından su bulaq kimi qaynayır. Görün bu "bəlalı bulaq" neçə evə dəhşətli virusu daşımaq üçün vasitə rolu oynayır? Eyni zamanda bir QHT nümayəndəsi də olaraq məhəllədəki sakinlərdən soruşanda ki, nədən bu təhlükənin qarşısı alınmır. Hamısı şikayət edir ki, neynəyək, nə qədər şikayət edirik baxan yoxdur. Sizcə bu təhlükənin ortadan təcili şəkildə götürülməsinə məsul olan şəxslər bu ərazinin sakinlərinin şikayətlərinə baxmayıb, hara baxırlar? Mən bir Azərbaycan vətəndaşı olaraq həmin şəxslərdən bu koronavirus ocağını təcili ləğv etmələrini tələb edirəm!
Redaksiyadan: Bu gün Bakının bir neçə rayonunda su qıtlığı yaranır, istilərlə bağlı su qıtlığının yarandığı bir vaxtda bu biganəliyi kim yaradır?

Əhməd QƏŞƏMOĞLU

"Bəlalı bulaq" neçə evə VİRUS DAŞIYIR-FOTO

 


скачать dle 12.1

Şərhlər