SON DƏQİQƏ
» » Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu

Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu

Tarix:

4-07-2019, 17:52

/ 1 727 dəfə oxundu.
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun "Səfəvi Şeyxi"tarixi romanının təqdimatı keçirilib.

GunAz.az xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, elm və ədəbiyyat adamları, millət vəkilləri, media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. Yeni çap olunan "Səfəvi Şeyxi" tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirib.

Daha sonra Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Elman Nəsirov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova, millət vəkili Nizami Cəfərov, filologiya üzrə fəslsəfə doktoru Elnarə Qaragözova, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, yazıçı Elçin Hüseynbəyli çıxışlarında Yunus Oğuz yaradıcılığında gənc nəslə tariximizin oxunaqlı çatdırılmasını bildirdilər .

Deputat Elman Nəsirli isə təkliflə çıxış etdi: "Əgər Yunus Oğuz bu romanlarını Alman dilinə tərcümə etdirsə tariximizi daha da tanıdarıq, çünki almanlar dunyada ən çox kitab oxuyan xalqdirlar".

Sonda müəllif Yunus Oğuz çıxış edərək tədbirin təşkili üçün əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib. Müəllif "Səfəvi Şeyxi" romanını tədbir iştirakçıları üçün pulsuz olaraq imzalayaraq payladı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ