SON DƏQİQƏ

Bilin.....

Tarix:

7-04-2020, 10:10

/ 1 808 dəfə oxundu.
Bilin.....


Çöllərində gülüstan var,
Bözkırında min dastan var,
Öndə Qafqaz , Türküstan var,
Vurğunuyam mən bu elin,
Türk oğluyam , türkəm bilin !

Sahib çıxar türk adına,
Tanrı yetər imdadına,
Ulu , uca soyadına,
Bağlı yurdum, ölkəm bilin ,
Türk oğluyam , türkəm bilin !

Bu dağlarda , bu daşlarda,
Adı yaşar yaddaşlarda,
Düşmənlərlə savaşlarda,
Poladdan da bərkəm bilin,
Türk oğluyam , türkəm bilin!

Bir yol aldım Tanrıdağdan,
Soraq saldım Ağrıdağdan,
Göy üzündən gələn haqdan,
Mən özümə görkəm bilin ,
Türk oğluyam , türkəm bilin !
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ