SON DƏQİQƏ

MƏNSİZ DEYİLSƏN Kİ ...

Tarix:

17-04-2019, 20:23

/ 10 523 dəfə oxundu.
MƏNSİZ DEYİLSƏN Kİ ...

Sevinc Arzulu

Dumana bürünərəm,
Yoluna sürünərəm.
Gözünə görünərəm,
Yaşayanlar ilə tən,
Mənsiz deyilsən ki sən.

Gün olar qovuşarıq.
Hal-əhval soruşarıq.
Doyunca danışarıq,
Qəm olar qəlbdən itən,
Mənsiz deyilsən ki sən.

Yaşım yaşının üstdə,
Daşım daşının üstdə.
Ruhum başının üstdə,
Bilməz hər yoldan ötən,
Mənsiz deyilsən ki sən.

Mən idim ismi-pünhan,
Mən idim sənə qurban.
Ruhumdan ayrıldı can,
Dost olamaz hər yetən,
Mənsiz deyilsən ki sən.

Ahında, ehindəyəm,
Gül üstdə şehindəyəm.
Əcələ behindəyəm,
Qoynuna alar Vətən,
Mənsiz deyilsən ki sən.
05.09.2015

скачать dle 12.1

Şərhlər