SON DƏQİQƏ

FƏLƏK....

Tarix:

15-02-2019, 08:14

/ 10 578 dəfə oxundu.
FƏLƏK....

Sərvər Məsum

Yığıldıq boğaza , yığıldıq cana ,
Üz tutduq , əl açdıq daima O'na,
Niyə zülm edirsən axı insana,
Tifaqın dağılsın sənin , ay fələk...

Üstümə yıxılıb göyün bilmirəm,
Kimi yaxalayım , döyüm bilmirəm,
Mən səni de necə öyüm bilmirəm,
Tifaqın dağılsın sənin , ay fələk...

Bir ömür zülm çəkdim , söylə haqdımı,
Niyə əyri-üyrü yazdın baxtımı,
Qovğaya , savaşa verdim vaxtımı,
Tifaqın dağılsın sənin , ay fələk....

Hər axşam arxamca gəlir Əzrail,
Yoruldum , bu dünya ta mənlik deyil ,
Bu sənə son sözüm , qarğışımdı bil,
Tifaqın dağılsın sənin , ay fələk....

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ