SON DƏQİQƏ
» » Qadağa qoyulub varlığımıza... – Güneyli şair

Qadağa qoyulub varlığımıza... – Güneyli şair

Tarix:

16-01-2019, 11:26

/ 10 630 dəfə oxundu.
Qadağa qoyulub varlığımıza... – Güneyli şair

GunAz.az güneyli şair və milli-mədəni fəal Həbib Sasanianın (Yakamoz) vətənə həsr etdiyi şeiri təqdim edir:

Vәtәn şairiyәm, vәtәn oğluyam
Dilimdәn düşmәyir vәtәnim, dilim.
Qadağa qoyulub varlığımıza
Vәtәnsiz yaşayır vәtәndә elim.
Vәtәn müqәddәsdir, vәtәn tәmizdir
Vәtәnin övladı, bizә әzizdir.
Vәtәni sevmәyәn vәtәndaşların
Qafası işlәmir, ruhu mәrizdir.
Vәtәni özünә çörәk edәnlәr,
Vәtәnә yalandan qurban gedәnlәr,
Vәtәnin әmәyi gözüzdәn gәlsin
Vәtәn düşməninə qulluq edәnlәr.
Vәtәn qutsallardan qutsaldı bizә
Vәtәnim heç zaman gәlmәsin gözә.
Vәtәn şairiyәm, vәtәn qurbanı
Vәtәnim, qarşında çökәrәm dizә.
Vәtәnsiz yaşamaq olası deyil
Vәtәnә qurban ol, vәtәnә әyil.
Vәtәn ocağımız, vәtәn pirimiz,
Yakamoz vәtәnә hәr an baş әyir.

kult.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ