SON DƏQİQƏ

GEDİRİK....

Tarix:

22-12-2018, 09:49

/ 10 564 dəfə oxundu.
GEDİRİK....

Sərvər Məsum

Sən ayrı yoldasan , mən ayrı yolda
Hərəmiz bir səmtə , yana gedirk.
Bizim ruhumuzu qəltan ediblər
Deyəsən doymuşuq qana gedirik.

Vətən , vətən dedik səsimiz batdı,
Üzdə dost olanlar arxada satdı,
İblis öz adına nələr yaratdı,
İlahi , düşmüşük qana gedirik.

Bir az pulu olan özünü öyür,
Dosta təpik atır , qonşunu söyür,
Dikbaşlar axırda dizinə döyür,
Ağlayır bir bacı , ana gedirik.

Qaçan da qovan da diləyir imdad,
Haqq-hesab çürüdür qohum ilə yad,
Daha bu həyatda qalmayıbdı dad,
Borcluyuq hərə bir cana gedirik.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ