SON DƏQİQƏ

Bizdən yoxdur, yekik, yek

Tarix:

9-10-2018, 23:48

/ 10 676 dəfə oxundu.
Bizdən yoxdur, yekik, yek

(hekayə)
P.S: Hekayədə qələmə aldıqlarımın nə qədər vacib olduğuna dəlalət edən həyat reallıqlarından qaynaqlanıb.
Mehdi ilə Rəsul iş yerlərinin beş addımlığındakı avtobus dayanacağında rastlaşdılar. İllərdi eyni idarədə işləsələr də, başqa-başqa binalarda oturduqlarından ürəkdən söhbət eləmək fürsəti ara-bərə onların qismətinə düşərdi. Bir də ki, işdən başlarının aynıyan vaxtı az olurdu.
- Salam, bratok, iş vaxtı hara belə?
- Salam, evə, abedə gedirəm.
- Mən sənin yerinə olsam ərinərdim, malades.
- Cəmi üç astanovkadı da, bir göz qırpımında çatıram.
- Nə əcəb, öz stalovamızda yemirsən?
- Narmalnı pervi, vtaroy versələr yeyərdim, az qalır, adam skorılığ ola.
- Düz deyirsən, çarəsizlikdən mən katletsiz-zadsız ancaq qreçka ilə bir təhər mədəmi aldadıram.
- Yemək cəhənnəmə, ələ gələsi vilka-qaşıqları da yoxdur, toxunmamış iki qatlanır, adamın apetiti ölür, lap.
- Axşam növbəsində işləyəndə də ujinə evə gedirsən?
- Kaneşna, başqa yolu yoxdu.
- Nə yaxşı ki, heç olmasa, zavtrak vaxtı evdə olursan, yoxsa, yol ölçməkdən səndə can qalmazdı.
- Zato, nəğd bilirəm ki, hər şey damaşnıdı, qorxusu yoxdur.
- Malades sənə, paxıllığım tutdu.
- İndi marozdu deyənə avtobusa minirəm, yoxsa, hava əl verəndə evə abedə peşkom da gedirəm.
Gözlədiyi avtobusun yaxınlaşdığını görən Mehdi irəli şığıdı. Sən demə, Rəsul da elə həmin avtobusa minəcəkmiş.
- Sən də 18-nən gedirsən, nə yaxşı, bir az da söhbət eləmək şansımız yarandı.
- Diqqətli ol, avtobus şoferlərinə etibar yoxdu, piyan kimi sürürlər, müştəriləri tez götürsünlər deyə, ancaq abqondadılar.
-Gəl, burda oturaq, hələki bu yerlər zanit döyül.
- Sən otur, narahat olma, mən peşkom dayanacam.
- Əşi, gəl otur, lişni tərslik eləmə.
Yerlərini təzəcə rahatlamışdılar ki, babulyalardan biri başlarının üstünü kəsdirdi. Rəsul o andaca yerini ona verdi.
- Saq ol, oqlum.
- Pajalusta.
Rəsul bir az da Mehdiyə sarı yan aldı. İş yoldaşını qəribə tərzdə süzərək gicgahına əl gəzdirib, yenə söhbətə keçdi.
- Mehdi , sən canın, doğrudan, hər gün abedə evə gedib-gəlmək səni nadeyedat eləmir?
-Burda elə bir şey yoxdu, yəqinki, bu nastrayenidən asılıdır, kiminin döşünə yatır, kimininkinə isə yox.
- Cəmi bircə saatlıq abed vaxtı pazvalyat eləyir də, narmalnı gedib-qayıtmağına?
- Hələ, lişni vaxtım da qalır.
- Maraqlıdır, indi evdə xozyayka nə bişirib sənin üçün, bilirsən?
- Kaneşno, sup, bir də jarko.
- Jarkonu elə dedin ki, lap ağzım sulandı.
- Doğrudan, yoldaşım onu klasnı bişirir, barmaqlarını yalayırsan, onun dərdindən oğlum da böyük zvonokda yeməyə məktəbdən evə qaçıb gəlir. Hələ mən raznı-raznı salyonluları demirəm, indiki morozda zoğal varenasıynan pürrəngi çayın isə lap özgə yeri var.
- Görünür, ponyatkalı uşaqdır, yəqin, həm də səni çox ubıtkaya salmaq istəmir.
- Düz tutmusan, vapşe, başkası pis işləmir.
- Dərslərini necə, vısşı oxuyur, yoxsa, mənimki kimi dvoyişnikdi?
- Müəllimləri dovolnıdı, bircə rus dilindən axsayır.
- Necə, yaxşı razbirat eləmir, yoxsa, problem başqadır?
- Yaralı yerimə toxundun, rus dilindən vopşe noldu, nol, heç cür baş aça bilmirəm, niyə belədir?
- Bəlkə, müəllimləri xaltura eləyir, prosto yola verir. Bəzi müəllimlər naroşno uşaqları yaxşı öyrətmirlər ki, əlavə dərs deyib beş-on manat çak-çuk eləsinlər.
- Yox, Allah var başımızın üstündə, oğlumun rus dili müəllimi çestnı qadındır.
- Yəqin. Onda, oğlun evdə iqralardan əl çəkmir, indiki uşaqlar, az qala, kompüteri qucaqlayıb yatalar.
- O da var.
Mehdi nöbəti dayanacaqda düşəcəkdi deyə, yerini Rəsula verdi. İş yoldaşına onunla birlikdə evlərinə nahara getməyi təklif eləsə də, Rəsul vacib işinin olduğunu dedi.
- Sən hara belə, bayaqdan fikir verirəm, yaman çortdasan?
- İşdə yaman qruzit eləyirlər, çox yoruluram.
- Düzdü, ponyatkalı olanda adama başını qaşımağa belə aman vermirlər.
- Bax, indi bu mənə lazımdı, rəis məni tələm-tələsik vizitka çıxartdırmağa yollayıb. Naxadu ora dəyib, yenə qayıtmalıyam axşamacan paxat eləməyə. Verdikləri də, qəpik-quruş.
Rəsulun gülləsi hədəfə tuş gəlmişdi. Aldığı məvacibi Mehdi də aydan-aya güc bəla ilə yetirə bilirdi. Buna baxmayaraq arada yüz-yüz vurmağı da vardı.
- Rəsul, evimizə dəvət elədim, otkaz getdin, bəlkə, axşam birlikdə yüngülvari ujin eləyək, zaquskası məndən. Əla pelmenni yeri bilirəm, lap yerinə düşər, indiki morozda xəmir xörəklərinin özgə yeri var.
- Malades, bu lap naxodka oldu, ürəyimdən xəbər verdin, qaryuçi də mənlik.
- Onda, paka, axşam işdən çıxanda görüşərik.
- Yes, qud bay, bratok. Zəngini gözləyəcəm ha, fikrini dəyişib eləmə, yoxsa, nastrayenimi korlayarsan, başqa şeydən narahat olma, bədə-bəddə şot mənlikdir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ