SON DƏQİQƏ

KÖLGƏ SALAN AĞACLARI BÖYÜTDÜN!

Tarix:

17-02-2018, 13:26

/ 2 556 dəfə oxundu.
KÖLGƏ SALAN AĞACLARI BÖYÜTDÜN!

KÖLGƏ SALAN AĞACLARI BÖYÜTDÜN!Əmir Pəhləvan

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi və Azərbaycan SSR Dövlət mükafatı laureatı Bağırzadə Faiq Məmməd oğlu 1926-cı ildə Bakı şəhərində anadan olmuş, 1940-cı ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1962–1970-ci illərdə geoloji-kəşfiyyat fakültəsinin dekanı işləmiş, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru təyin edilmişdir. Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.
Vətənpərvər alim və işıqlı sima Faiq Bağırzadə 1988-ci ildə vəfat etmişdir.

 

Zamanın, dövranın naçar alimi,
Bəzən hirsli, bəzən kövrək - həlimi,
Allahdan üzmədin heç vaxt əlini,
Kölgə salan ağacları böyütdün!

 

Əkdiyin torpaqda toxum oyanır,
Azadlıq meyvəsi sənə boylanır,
Indi dövrəmizdə ruhun dolanır,
Kölgə salan ağacları böyütdün!

 

İlk arzu ünvanı səndən alardı,
Unlu dəyirmanda dəndən alardı,
Kədərdən, sevincdən, qəmdən alardı,
Kölgə salan ağacları böyütdün!

 

Hanı sənin kimi ürəkli insan?!
Təhsilə, məktəbə gərəkli insan,
Vətəni çiynində kürəkli insan,
Kölgə salan ağacları böyütdün!

 

Tələbə fəslinə barı sən verdin,
Dağlara nübarı, qar sən verdin,
Oxunan nəğməni, tarı sən verdin,
Kölgə salan ağacları böyütdün!

 

Səni kimsəsizlər arxa bilərdi,
Sənin hesabına kişilənərdi,
Zehni gəlişirdi, itilənirdi,
Kölgə salan ağacları böyütdün!

 

Sən qurtardın çoxlarını bu dərddən,
İlanın ağzından, torlu kəmənddən,
Keçilməz divardan,aşılmaz səddən,
Kölgə salan ağacları böyütdün!

 

Sən bizi öyrətdin zirvə olmağa,
Düşmənə yumruq tək zərbə olmağa,
Tarixə, keçmişə türbə olmağa -
Kölgə salan ağacları böyütdün!

 

Mən də qovulardım sən olmasaydın,
Dağ kimi arxamda dayanmasaydın,
Vəkildən, Zinyətdən qurtarmasaydın,
Kölgə salan ağacları böyütdün!

 

İndi sən olsaydın işsiz qalmazdıq,
Bu dəli dünyada başız qalmazdıq,
Divlər meydanında dişsiz qalmazdıq,
Kölgə salan ağacları böyütdün!

 

Yenə də razıyam öz Allahımdan,
Qeybə çəkilməyən qəmli ahımdan,
Tanrı xəbər verir öz sabahımdan,
Kölgə salan ağacları böyütdün!

 

Nə qədər insanı alim eylədin,
Çınqıllı torpağı əkdin, bellədin,
Sünbüllü zəmini çin-çin tellədin,
Kölgə salan ağacları böyütdün!

 

Sən rektor deyildin, yaraşıq idin,
Qaranlıq zülmətdə gur işıq idin,
Haqqa, ədalətə həp aşiq idin,
Kölgə salan ağacları böyütdün!

 

Elm məbədinə ənənə qoydun,
Yalanın, rüşvətin gözlərin oydun,
Tək haqqa tapındın, düzlüyə uydun,
Kölgə salan ağacları böyütdün!

 

Vətənin İrəvan - işğal altında,
Qarabağın viran - işğal altında,
Dözə bilməz Turan - işğal altında,
Kölgə salan ağacları böyütdün!

 

Rəhbər qardaşının taleyi acı,
O da sənin kimi elmin möhtacı,
Bu yazıq millətə yoxdu əlacı,
Kölgə salan ağacları böyütdün!

 

Ən böyük dövlətin kitablar oldu,
Varın, sərvətin də kitablar oldu,
Çörək ağacın da kitablar oldu,
Kölgə salan ağacları böyütdün!

 

Bir qəlbin ritmiydin, bir qəlbin şeiri,
Sənin mahnıların illər yaşarı,
Yazdığın pyeslər həyatın sehri,
Kölgə salan ağacları böyütdün!

 

İlahi, o günlər necə sayalı....
Həqiqət biçimli, haqqa boyalı,
Arxalar sənin tək dağlı, qayalı,
Kölgə salan ağacları böyütdün!

 

O illərin nəbzi vurur ruhunda,
Tələbələr yuva qurur ruhunda,
Arzuları oxa vurur ruhun da,
Kölgə salan ağacları böyütdün!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ