SON DƏQİQƏ

“Facebook”dan 500 milyondan çox insanın məlumatlarının oğurlanmasına REAKSİYA

Tarix:7-04-2021, 16:54 Oxunub:3 518

"Facebook” sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına münasibət bildirib.

Bu barədə xəbər "Facebook”un rəsmi səhifəsində dərc edilib.

 

Sosial şəbəkə nəhəngi məlumatların internetə sızmasını haker hücumu yox, cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçid əldə etməsi ilə əsaslandırıb.

"Bir məsələni anlamaq vacibdir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə ediblər”, - "Facebook”un açıqlamasında deyilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<