SON DƏQİQƏ
» » "ABŞ razılaşdı, bu, İran xalqının qələbəsidir” - Ruhani

"ABŞ razılaşdı, bu, İran xalqının qələbəsidir” - Ruhani

Tarix:

7-04-2021, 14:06

/ 3 664 dəfə oxundu.
"ABŞ razılaşdı, bu, İran xalqının qələbəsidir” - Ruhani

Tehran nüvə razılaşmasına bütün sanksiyaların götürülməsi şərti ilə qayıtmağa hazırdır.

GünAz.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

 

"Bu gün ABŞ-ın danışıqlar üçün oyandığını müşahidə edirik. Təsdiqləyirik ki, nüvə proqramı öhdəliklərinə bütün sanksiyaların götürülməsi qarşılığında qayıtmağa hazırıq.

Tehran problemlərin həllini istəyir və buna hazırdır. ABŞ bu gün birbaşa və ya dolayı danışıqlara hazırlıqdan bəhs edir. Bu, İran xalqının qələbəsidir”, – deyə o bildirib.

Qeyd edək ki, Ağ Ev İranla danışıqlar üçün sanksiyalardan bəzilərinin ləğvinə hazır olduğunu, ancaq Tehranın maksimalist tələblərindən əl çəkməsi gərəkdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ