SON DƏQİQƏ

Borrel Moskvaya gəlir: Qarabağ müzakirəsi...

Tarix:

25-01-2021, 23:58

/ 1 430 dəfə oxundu.
Borrel Moskvaya gəlir: Qarabağ müzakirəsi...

Avropa Birliyinin baş diplomatı Jozep Borrell Moskvaya səfər edəcək.

GunAz.az xəbər verir ki, Borrell özü Avropa Birliyi Şurasının Brüsseldə keçirilən iclasında elan edib.

"Fevral ayının ilk həftəsində xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya səfər etmək niyyətim barədə Şuraya məlumat verdim”, - Borrell bildirib.

***

Rusiya xarici işlər naziri Sergey Lavrovla Avropa Birliyinin baş diplomatı Jozep Borrell arasında fevralın 5-də Moskvada keçiriləcək görüşdə Qarabağdakı vəziyyət də müzakirə olunacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüş zamanı Rusiya-AB münasibətlərinin bütün problemləri və perspektivləri müzakirə ediləcək. Qərbi Balkanlar, Yaxın Şərq və Şimali Afrika, MDB məkanındakı vəziyyət də daxil olmaqla beynəlxalq gündəmdəki aktual mövzularda geniş fikir mübadiləsi aparılması planlaşdırılır. İranın nüvə proqramı ətrafında vəziyyətin həlli, Qarabağda vəziyyətin daha da sabitləşdirilməsi də müzakirə ediləcək”, - məlumatda qeyd olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ