SON DƏQİQƏ
» » Rus jurnalistlər Türkiyədə yaxalandı: PUA-ları çəkirmişlər...

Rus jurnalistlər Türkiyədə yaxalandı: PUA-ları çəkirmişlər...

Tarix:

4-12-2020, 23:28

/ 1 277 dəfə oxundu.
Rus jurnalistlər Türkiyədə yaxalandı: PUA-ları çəkirmişlər...

Rusiyanın NTV telekanalının jurnalistləri Türkiyədə saxlanılıb.

GunAz.az xəbər verir ki, bu barədə elə NTV məlumat yayıb.

Aleksey Petruşko və İvan Malışkin İstanbul yaxınlığında polis tərəfindən saxlanılıblar.

Onların hansı səbəbdən saxlanıldığı məlum deyil.

***

Türkiyə Xarici İşlər Nazirliyindən adı açıqlanmayan şəxs jurnalistlərin saxlanılma səbəbini açıqlayıb.

Məlumata görə, jurnalistlər İstanbulda rayonlardan birində "Baykar Savunma” döyüş PUA-larını videolentə alırmış.

***

NTV müxbirləri 3 gün nəzarətdə saxlanılacaq.

Bu barədə RİA Novosti məlumat yayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ