SON DƏQİQƏ
» » Gürcüstanda koronavirus əleyhinə peyvəndləməyə hazırlıq başladı

Gürcüstanda koronavirus əleyhinə peyvəndləməyə hazırlıq başladı

Tarix:

2-12-2020, 22:03

/ 1 264 dəfə oxundu.
Gürcüstanda koronavirus əleyhinə peyvəndləməyə hazırlıq başladı

Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.

GunAz.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasından bildirilib.

Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-a qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq. /medicina.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ