SON DƏQİQƏ

İrəvanda Paşinyana qarşı növbəti etiraz aksiyası başladı

Tarix:21-11-2020, 16:54 Oxunub:5 170

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Erməni KİV-lərinin məlumatına görə, aksiyada siyasi xadimlər də iştirak edir.

Aksiyada iştirak edən "Daşnaksutyun" partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir: "Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır".

Qeyd edək ki, İrəvanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<