SON DƏQİQƏ
» » Ceyhun Bayramov Türkiyə mətbuatına Tovuz hadisələrindən danışdı

Ceyhun Bayramov Türkiyə mətbuatına Tovuz hadisələrindən danışdı

Tarix:

12-08-2020, 12:57

/ 4 151 dəfə oxundu.
Ceyhun Bayramov Türkiyə mətbuatına Tovuz hadisələrindən danışdı

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində 12 iyul tarixində həyata keçirdiyi hərbi təxribatın çox aydın həm siyasi, həm də hərbi məqsədləri var idi.

Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində "CNN Türk"ə müsahibəsində deyib.

Nazir bildirib ki, bu təxribat işğalçı dövlətin münaqişə bölgəsi olan Dağlıq Qarabağdan kənarda yeni gərginlik ocağını alovlandırması cəhdi olub: "Ermənistanın gərgin daxili vəziyyəti, koronavirus pandemiyası ilə əlaqədar sosial vəziyyətin ağırlaşması dövründə əhalinin diqqətini kənar məsələlərə yayındırmaq, Dağlıq Qarabağ danışıqlarının mahiyyətindən çıxmaq niyyəti daşıyırdı.

O cümlədən, Azərbaycanın həmin bölgəsindən nəhəng regional layihələr keçir və düşünürük ki, orada gərginlik yaratmaq Ermənistanın qarşısına qoyduğu məqsəd idi. Azərbaycan Ordusunun qətiyyətli cavab addımları nəticəsində Ermənistan hərbi birləşmələri geri otuzduruldu və bu təxribata yol verilmədi. Əfsuslar olsun ki, bu hadisə zamanı Azərbaycan Ordusunun hərbçiləri şəhid oldu. Ermənistan dövləti öz terrorçu, aqressiv işğalçı mahiyyətini bir daha ortaya qoydu. Bu, ilk belə hadisə deyil".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ