SON DƏQİQƏ

Keçmiş kral ölkəni tərk edir

Tarix:

3-08-2020, 23:02

/ 1 251 dəfə oxundu.
Keçmiş kral ölkəni tərk edir

Adı korrupsiya qalmaqalında hallanan İspaniyanın keçmiş kralı Xuan Karlos ölkəni tərk etmək niyyətindədir.

GunAz.az xəbər verir ki, Xuan Karlos xaricə getmə qərarı haqqında hazırki kral VI Filippə məlumat verib.

"İspaniya vətəndaşlarına və onun qurumlarına, o cümlədən sizə uğurlar arzulayaraq xəbər verirəm ki, İspaniyadan getmək qərarına gəlmişəm” - deyə keçmiş kral bildirib.

Öz növbəsində VI Filipp atasına təşəkkür edib və onun hökmranlığının tarixi əhəmiyyətini qeyd edib.

Keçmiş kralın harada yaşayacağı bilinməsə də, bəzi mənbələr onun artıq ölkəni tərk etdiyini bildirir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ