SON DƏQİQƏ
» » Türkiyədən açıqlama: Rusiyaya dedik, atəşkəs istəyirik

Türkiyədən açıqlama: Rusiyaya dedik, atəşkəs istəyirik

Tarix:

13-07-2020, 17:24

/ 4 837 dəfə oxundu.
Türkiyədən açıqlama: Rusiyaya dedik, atəşkəs istəyirik

Hazırda atəşkəsin əldə olunması Liviya hökumətinə sərf etmir.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Xəbər” kanalına müsahibəsində deyib.

O bildirib ki, Liviya hökuməti bu mövzuda narahatdır:

"Çünki Haftar səmimi deyil. Vaxt udmağa çalışdığını düşünürük. Təkrar hücum planları apardığı görünür. Haftar və ona dəstək verənlərin siyasi xəritəsi yoxdur. Buna görə də Liviya hökuməti yol xəritəsi tələb etməkdə haqlıdır. Hökumət bildirir ki, şərtlər yaranarsa, atəşkəs razılaşmasına imza atmağa hazırdır. Sirt və Əl-Cufra şəhərlərinin hökumətə verilməsi vacibdir. Biz bunları Rusiya tərəfinə də çatdırmışıq. Türkiyə olaraq atəşkəsin əldə edilməsini istəyirik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ