SON DƏQİQƏ
» » İnanılmaz: 46 ölkə uyğur türklərinə qarşı... - Müsəlman dövlətləri də var

İnanılmaz: 46 ölkə uyğur türklərinə qarşı... - Müsəlman dövlətləri də var

Tarix:

8-07-2020, 10:13

/ 2 774 dəfə oxundu.
İnanılmaz: 46 ölkə uyğur türklərinə qarşı... - Müsəlman dövlətləri də var

BMT-nin İnsan Haqları Komitəsinin iclasında Belarus tərəfindən hazırlanan Çinin "Şərqi Türküstanda” terror və bölücü qruplara” qarşı mübarizəsini dəstəkləyən məktubuna 46 dövlətin nümayəndəsi imza atıb.
Teleqraf.com xəbər verir ki, məktubda Çinin Sincan Uyğur Muxtar Bölgəsində apardığı fəaliyyət dəstəklənir. İşin biabırçı tərəfi odur ki, Çinin uyğur türklərinin başına açdığı oyunu İran daxil olmaqla, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi, Fələstin və Pakistan kimi dövlətlər də dəstəkləyib.
"Pekin Sincan bölgəsində terrorizm və bölücülüklə mübarizə etmək üçün gördüyü tədbirləri, bölgə xalqının insan haqlarını təminat altına almasını təqdir edirik. Sincanda son 3,6 ildə heç bir terror hadisəsi baş vernəyib və region yenidən sabitlik və istiqlala qovuşub”,- Belarus tərəfindən hazırlanan məktubda qeyd edilir.
Rəsmi Pekinin "açıq və şəffaf” şəkildə minə yaxın diplomat, beynəlxalq qurumların nümayəndələrini və digər mütəxəssisləri Sincana dəvət etdiyini xatırladan Belarus təmsilçisi əlavə edib ki, hər kəs bölgədə əldə edilən böyük uğurları gözləri ilə görüb. Məktubda 46 dövlətin nümayəndəsi Çinə əsassız ittihamların irəli sürülməsinin dayandırılmasına dair çağırış edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ