SON DƏQİQƏ
» » İranda son durum: SEPAH manevrlərə başlayır...

İranda son durum: SEPAH manevrlərə başlayır...

Tarix:

24-03-2020, 23:17

/ 1 329 dəfə oxundu.
İranda son durum: SEPAH manevrlərə başlayır...

İranda koronavirusa yoluxanları sayı artmaqda davam edir.
GunAz.az xəbər verir ki, koronavirusa yoluxanların sayı 24 min 811-ə, ölənlərin sayı isə 1934-ə yüksəlib.
İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib ki, 12 elmi tədqiqat mərkəzində yeni virusa qarşı vaksinin yaradılması istiqamətində alimlər iş aparırlar. Onun sözlərinə görə, iranlı alimlər yeni təkliflərlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan tədqiqatlara qoşulacaqlar.
İran Prezidenti isə bir daha bəyan edib ki, ABŞ-ın sanksiyaları virusla mübarizə aparmaq imkanlarını məhdudlaşdırır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Pakpur bildirib ki, ölkəsi martın 25-də bioloji silahdan müdafiə manevrlərinə başlayacaq. Manevrlər zamanı Tehran da daxil olmaqla böyük şəhərlərdə dezinfeksiya işləri həyata keçiriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ