SON DƏQİQƏ
» » Dünyanın gözlədiyi xəbər: Koronavirusun müalicəsi tapıldı

Dünyanın gözlədiyi xəbər: Koronavirusun müalicəsi tapıldı

Tarix:

24-01-2020, 20:49

/ 1 312 dəfə oxundu.
Dünyanın gözlədiyi xəbər: Koronavirusun müalicəsi tapıldı

Çinin Şanxay şəhərində koronavirus (2019-nCoV) diaqnozu qoyulmuş xəstə müalicə edilib.

Söhbət koronavirus pnevmoniyası diaqnozu qoyulmuş 56 yaşlı qadından gedir. O, bir müddət virusun yayılmağa başladığı Uxan şəhərində yaşayıb. Yanvarın 10-da özünü pis hiss edən qadın 5 gün sonra xəstəxanaya yerləşdirilib. Onun halı tədricən yaxşılaşmağa başlayıb. 56 yaşlı xəstənin hərarətinin 6 gün boyunca norma səviyyəsini keçmədiyini görən həkimlər onu yenidən yoxlanışdan keçirib. Həkimlər virusun aradan qaldırıldığı qənaətinə gəliblər. Qadın artıq xəstəxanadan buraxılıb.

Xatırladaq ki, Çinin Uxan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Virusun yayılması ilə əlaqədar ÜST təcili iclas keçirib və bütün ölkələrə virusun yayılmasına hazır olmağı tövsiyə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ