SON DƏQİQƏ

Dünyanın 10 ən bahalı brendi məlum oldu

Tarix:24-01-2020, 12:44 Oxunub:1 850

"Brand Finance" nəşri dünyanın 500 ən böyük brendinin dəyəri haqqında məlumatları özündə birləşdirən "Global 500" hesabatının ən son versiyasını dərc edib. Reytinqin lideri artıq üçüncü il ardıcıl olaraq dəyişməsə də,  10 ən bahalı şirkət sırasına yeni "oyunçu" daxil olub.
Bu il reytinqə ilk dəfə "HUAWEI" şirkəti daxil edilib. Analitiklər bu şirkətin dəyərini 62,2 milyard dollar məbləğində qiymətləndiriblər. Brendinin dəyəri 220,7 milyard dollar məbləğində qiymətləndirilən "Amazon" şirkəti reytinqdə birinci yeri tutub.
 
 
"Brand Finance" nəşrinin versiyasına görə, dünyada ən bahalı brendlərin onluğu aşağıdakı kimidir:
 
1.      "Amazon" - 220,7 milyard dollar (17,5% artım)
2.      "Google" - 159,7 milyard dollar (11,9% artım)
3.      "Apple" - 153,6 milyard dollar (8,5% azalma)
4.      "Microsoft" - 117,0 milyard dollar (2,1% azalma)
5.      "Samsung" - 94,4 milyard dollar (3,5% artım)
6.      "ICBC" - 80,7 milyard dollar (1,2% artım)
7.      "Facebook" - 79,8 milyard dollar (4,1% azalma)
8.      "Walmart" - 77,5 milyard dollar (14,2% artım)
9.      "Ping An" - 69,0 milyard dollar (19,8% artım)
10.  "HUAWEI" - 62,2 milyard dollar (4,5% artım)

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<