SON DƏQİQƏ

Putinlə Zelenskinin görüşü başladı - İlk dəfə

Tarix:9-12-2019, 23:57 Oxunub:2 549

Rusiya Prezidenti Vladimir Putin "Normand dördlüyü"nün görüşündə iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edib.

GunAz.az xəbər verir ki, son 3 ildə ilk dəfə keçiriləcək "Normand formatı" görüşündən öncə Putin Almaniya kansleri Angela Merkel və fransalı həmkarı Emmanuel Makronla bir araya gələcək.

Qeyd edək ki, bu, Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin ilk görüşü olacaq.

***

Parisdə Şərqi Ukraynadakı vəziyyəti müzakirə etmək üçün “Normand formatı” sammitində 4 ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin görüşü keçirilib. Bundan sonra isə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş başlayıb.

Protokola əsasən, görüş 45 dəqiqə davam etməlidir, ancaq görüşün davamlı olaraq uzanacağı istisna edilmir.Axar.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<