SON DƏQİQƏ
» » İntensiv aksiyalardan sonra Küveyt hökuməti istefa verib

İntensiv aksiyalardan sonra Küveyt hökuməti istefa verib

Tarix:

14-11-2019, 17:30

/ 496 dəfə oxundu.
İntensiv aksiyalardan sonra Küveyt hökuməti istefa verib

Küveytin baş naziri hökumətin istefasını ölkənin əmirinə təqdim edib.

GunAz.az bu barədə Küveytin dövlət xəbər agentliyi KUNA-a istinadla məlumat verir.

Bildirilib ki, baş nazir Şeyx Cabir əl-Mübarək hökumətin istefasını ölkənin əmiri Şeyx Sabah Əhməd əl-Cabirə təqdim edib.

Qeyd edək ki, noyabr ayı Küveytdə siyasi islahatların həyata keçirilməsi və korrupsiya ilə bağlı etiraz aksiyalarının şahidi idi. Küveyt Parlamenti ölkədə bir sıra nəhəng layihələrdə ləngimələrlə bağlı şəhərsalma nazirini və bir sıra digər rəsmiləri sorğuya çəkmişdi.

Ehtimal edilir ki, spiker Mərzuq əl-Ğanimə qarşı etirazlar da ölkə parlamentinin buraxılmasına səbəb olacaq.

N.SAFURA

скачать dle 12.1

Şərhlər