SON DƏQİQƏ
» » Fələstin hərəkatları İsraillə hərbi qarşıdurmanın dayandırılması üçün vasitəçiləri rədd edəcəklərini bildiriblər

Fələstin hərəkatları İsraillə hərbi qarşıdurmanın dayandırılması üçün vasitəçiləri rədd edəcəklərini bildiriblər

Tarix:

13-11-2019, 19:50

/ 704 dəfə oxundu.
Fələstin hərəkatları İsraillə hərbi qarşıdurmanın dayandırılması üçün vasitəçiləri rədd edəcəklərini bildiriblər

Fələstinin "İslami Cihad Hərəkatı" İsrailə münasib cavab verməyənə qədər vasitəçilərin təkliflərini rədd edəcəklərini bildiriblər.

GunAz.az Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, bunu "İslami Cihad Hərəkatı"nın sözçüsü Məsəb əl-Breym deyib.

M. əl-Breym bildirib ki, ötən gündən İsraillə onlar arasında baş qaldıran hərbi qarşıdurmanın dayanması üçün hələ bir vasitəçilik edən olmayıb.

Onun sözlərinə görə "İslami Cihad Hərəkatı" ərəb ölkələrindən olan vasitəçilərə və onların təkliflərinə hörmət etsə də vasitəçiliyi qəbul etməyəcək.

Fələstinli hərəkat bildirib ki, İsrailə münasib cavab verilməyənə qədər, onlar təcavüzə cavab veməyi davam etdirəcəklər.

Qeyd edək ki, İsrail cari ayın 12-i eyni zamanda Dəməşqə və Qəzzaya hava zərbələri endirərək, "İslami Cihad Hərəkatı"nın iki komandirini terror etmək istəyib. İsrail yalnız Qəzzaya endirdiyi hava zərbələrində məqsədinə çata bilib. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ