SON DƏQİQƏ

Ərdoğan Kılıçdaroğludan 50 min alacaq

Tarix:

12-11-2019, 21:06

/ 973 dəfə oxundu.
Ərdoğan Kılıçdaroğludan 50 min alacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlundan 50 min lirə təzminat alacaq.

GunAz.az xəbər verir ki, Ərdoğan Kılıçdaroğluna qarşı açdığı məhkəməni qazanıb. Belə ki, CHP rəhbəri 2018-ci ilin iyulunda Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında prezidentlə bağlı müəyyən ifadələr işlədib. Bu səbəbdən Ərdoğan hüquqlarının pozulması iddiası ilə məhkəməyə şikayət ərizəsi yazmışdı.

Vəkil Hüseyn Aydın Kılıçdaroğlundan 1 milyon lirə təzminat istəsə də, məhkəmə bu məbləği 50 min lirə müəyyən edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ