SON DƏQİQƏ
» » Dünya dördgünlük iş həftəsinə gedir: “Maykrosoft” da sınadı

Dünya dördgünlük iş həftəsinə gedir: “Maykrosoft” da sınadı

Tarix:

5-11-2019, 14:56

/ 1 256 dəfə oxundu.
Dünya dördgünlük iş həftəsinə gedir: “Maykrosoft” da sınadı

"Maykrosoft"un Yaponiyadakı ofisi təcrübə məqsədiylə dördgünlük iş həftəsinə keçib.

GunAz.az  xəbər verir ki, aparılan təcrübə uğurlu nəticələr verib. Belə ki, dördgünlük iş rejimi işçilərlə bərabər şirkətin özünün məhsuldarlığına da müsbət təsir göstərib.

Təcrübə dövrü ərzində istehsal qabiliyyəti 40% artıb. Nəticədə şirkət enerji sərfiyyatını 23%, kağız sərfiyyatını isə 58% azalda bilib.

Avqustda keçirilən eksprement şirkətin 2300 nəfərlik heyətinin hamısına aid edilib. Bununla belə, işçilərin maaşları kəsilməyib və məzuniyyətlərində heç bir ixtisar həyata keçirilməyib.

Qeyd edək ki, artıq dünyanın bir çox inkişaf etmiş ölkəsində dördgünlük iş həftəsinə keçidlə bağlı addımlar atılır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ