SON DƏQİQƏ

İranla sərhəddə əməliyyat keçirilib

Tarix:

19-10-2019, 16:54

/ 1 280 dəfə oxundu.
İranla sərhəddə əməliyyat keçirilib

Füzulinin Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasında, İrandan ölkəmiz isti­qa­mətində dövlət sərhədini pozan Müşfiq Quluzadə saxlanılıb.

GunAz.az xəbər verir ki, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildən ölkəmizdə hüquq-mühafizə orqanla­rı tərəfindən axtarışda olduğu müəyyən edilib. Həmçinin “Astara” dövlət sərhədində İrandan ölkəmizə gələn İran və­tən­daşları Bahonar Bastak Abad Salah Salehin və Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lib. Bu zaman onların daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­üb. Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdiyi əməliy­yat nəticəsində İran vətəndaşlarını qarşılayan Astara rayon sakini Qadir Cavadov da saxlanıb. Keçirilən digər əməliyyat zamanı Xaçmazın Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasında Rusiyadan ölkəmiz isti­qa­mətində dövlət sərhədini pozan Kamran Bayramov saxlanıb. Onun 2012-ci il­dən etibarən hüquq-mühafizə orqanla­rı tərəfindən ax­tarışda olduğu müəyyən edilib. Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ