SON DƏQİQƏ
» » Fransanın idman naziri UEFA-dan Türkiyəyə sanksiya tətbiq etməsini tələb edib

Fransanın idman naziri UEFA-dan Türkiyəyə sanksiya tətbiq etməsini tələb edib

Tarix:

15-10-2019, 18:10

/ 324 dəfə oxundu.
Fransanın idman naziri UEFA-dan Türkiyəyə sanksiya tətbiq etməsini tələb edib

Fransanın idman naziri UEFA-dan Türkiyəyə qarşı sanksiya tətbiq etməsini tələb edib.

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə-Fransa oyunu 1:1 hesabı ilə heç-heçə başa çatıb. Türkiyə millisi qol sevincini Türkiyə ordusunun "Barış pınarı" əməliyyatında iştirak edən əsgərlərə salam göndərərək bölüşüb.

GunAz.az "Star"a istinadən xəbər verir ki, Fransanın idman naziri  Roksana Marasinianu bu vəziyyəti tənqid edib və Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini tələb edib.

"Bu hərəkət idmanın ruhuna ziddir, UEFA-dan bu məsələ ilə bağlı sanksiya tələb etməsini tələb edirəm", nazir deyib.

Qeyd edək ki, Fransa tərəfi oyunçuların əsgəri salam göndərdiyi epizodun televiziya ilə nümayişinə imkan verməyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ