SON DƏQİQƏ

Trampın sanksiyası lirəni necə vuracaq?

Tarix:

15-10-2019, 11:02

/ 1 272 dəfə oxundu.
Trampın sanksiyası lirəni necə vuracaq?

ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Son bir həftədə lirə 4 faiz dəyər itirib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı iqtiadçı alim Vüqar Bayramov verib. O bildirib ki, ötən həftə 1 dollar almaq üçün 5.7 lirə ödəmək lazım idisə, indi bu rəqəm 5.9 lirəyədək geriləyib:

“Aydındır ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda bu Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək. Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən bir başa xarici investisiyaların həcmində azalmalar ola bilər. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür”.

İqtisadçı bildirib ki, bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər:

“Doğrudur, ciddi azalmalar proqnozlaşdırılmasa da, ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq. Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik pisxoloji həddi aşacağı gözlənilir”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ