SON DƏQİQƏ

Rusiya BMT-də ABŞ-ı deyil, Türkiyəni dəstəklədi

Tarix:12-10-2019, 22:46 Oxunub:1 070

Rusiya ABŞ-ın BMT Təhlükəsizlik Şurasına Türkiyənin “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı ilə bağlı təklif etdiyi layihəni dəstəkləməyib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, BMT Təhlükəsizlik Şurasında bu gün “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı kontekstində Suriyanın şimal-şərqindəki vəziyyət müzakirə edilib. Müzakirədə ABŞ Türkiyənin Suriyadakı hərəkətlərinə görə narahatlığını dilə gətirən ortaq açıqlama layihəsini təqdim edib.

Türkiyəyə əməliyyata son verilməsi çağırışının qeyd edildiyi layihənin mətnində həmçinin Türkiyəni narahat edən təhlükəsizlik problemlərinin həlli üçün diplomatik kanalların dövrəyə girməsi təklif edilir.

Agentlik layihədə Türkiyənin hərəkətlərinin "işğal" kimi xarakterizə edildiyini də qeyd eedib..

Moskvanın mövqeyinə uyğun gəlməməsi səbəbindən layihəni Rusiyanın dəstəkləmədiyi və qarşı olduğu bildirilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<