SON DƏQİQƏ

Üç İsa- YUNUS OĞUZ YAZIR

Manşet / Köşə yazarları

Ən təhlükəsiz messencerdə boşluq aşkar edilib

Tarix:9-10-2019, 16:08 Oxunub:1 139

"Signal" messenceri ən yaxşı və etibarlılardan biri hesab edilir. Bir vaxtlar ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden həmin messenceri tərifləyirdi. Lakin məlum olub ki, bu xidmət mükəmməl deyil. "Google"un əməkdaşları tərəfindən aşkar edilmiş boşluq istifadəçiləri dinləməyə imkan verir.

"Google Project Zero" komandasının əməkdaşı Natali Silvanoviç bu yaxın günlərdə "Signal" messencerinin "Android" versiyasında ciddi boşluq aşkar edib. Həmin boşluq cinayətkarlara qurbanı onun smartfonunun köməyi ilə dinləməyə imkan verib.

Ekspertin sözlərinə görə, "Signal" messencerinin dəyişdirilmiş versiyası istifadəçinin smartfonunun mikrofon və kamerasına uzaqdan giriş əldə etməyə imkan verir. Bunun üçün haker, sadəcə, qurbana zəng vurmalı və cavabı gözləmədən çağırılan abunəçinin tərəfində zəngin qəbul edilməsi üçün öz smartfonunda "Mute" düyməsinə sıxmalıdır. Nəticədə cinayətkar qurbanı dinləmək imkanı əldə edir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<