SON DƏQİQƏ
» » Lavrov: Türkiyə Suriyanın suverenliyinə hörmət etdiyini təsdiqləyib

Lavrov: Türkiyə Suriyanın suverenliyinə hörmət etdiyini təsdiqləyib

Tarix:

9-10-2019, 17:50

/ 1 315 dəfə oxundu.
Lavrov: Türkiyə Suriyanın suverenliyinə hörmət etdiyini təsdiqləyib

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini təsdiqləyib.

GunAz.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Suriyada mümkün əməliyyatı barədə danışarkən deyib.

"Dünən Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu ilə telefonla danışdım, mənə qətiyyətlə və birmənalı şəkildə Türkiyənin Suriya Ərəb Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bildirdi. O qeyd etdi ki, bütün səylərin yekun məqsədi eyni zamanda Suriya dövlətinin ərazi bütövlüyünü tam şəkildə bərpa etməkdir", deyə Lavrov Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransı zamanı deyib.

скачать dle 12.1

Şərhlər