SON DƏQİQƏ

Nikoldan Bakıya qarşı yeni provokasiya

Tarix:21-09-2019, 22:56 Oxunub:1 053

Ermənistan hökuməti yenidən Azərbaycana qarşı provokasiyaya yol verib.

GunAz.az xəbər verir ki, təxribat Ermənistanın müstəqillik günü ilə bağlı ölkənin Baş naziri Nikol Paşinyanın da qatıldığı bugünkü tədbirdə yaşanıb. Belə ki, tədbir zamanı qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyan salamlanıb.

Maraqlı məqam odur ki, Saakyanı "Ermənistan Respublikasının Qarabağ vilayətinin qubernatoru" kimi salamlayıblar.

Qeyd edək ki, avqustun əvvəlində Paşinyan özü Xankəndidə çıxışı zamanı Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmışdı.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<