SON DƏQİQƏ
» » ABŞ ruslara qarşı heyvanlardan istifadə edib - Müharibənin gizli faktları

ABŞ ruslara qarşı heyvanlardan istifadə edib - Müharibənin gizli faktları

Tarix:

14-09-2019, 19:29

/ 1 801 dəfə oxundu.
ABŞ ruslara qarşı heyvanlardan istifadə edib - Müharibənin gizli faktları

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Soyuq müharibə dövründə quşlara, "Yunus" balıqlarına, pişiklərə və itlərə gizli tapşırıqlar üçün təlim keçib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb. Məlumata görə müharibə dövründə Sovet İttifaqına daxil olan həssas sahələrin şəkillərini çəkmək üçün göyərçinlərdən istifadə edilib.

Heyvanların təşkilat üçün unikal vəzifələri icra edə biləcəyinə inanan Mərkəzi Kəşfiyyat İdarəsi 1970-ci ildə “Tacana” kod adı ilə tanınan əməliyyat zamanı kiçik kameralar yerləşdirilən göyərçinlərdən istifadə etdiyi bildirilib.

Hətta bir dəfə Avropada pəncərə kənarına qarğanın dinləmə cihazı yerləşdirdiyi, ancaq hədəfin səs yazısının cihazda qeydə alınmadığı bildirilib.

Sovet İttifaqının kimyəvi silahdan istifadə edib-etməməsini təyin etmək üçün köçəri quşlara sensor yerləşdirən idarənin “Akustik Kitti” əməliyatında da pişiyin daxili orqanlarına səs yazan cihaz yerləşməsi qeyd olunub.

Həmçinin itləri uzaqdan idarə etmək üçün onların beyinlərinə elektriklə müdaxilə edildiyi, hətta bəzi sınaqlar keçirildiyi, lakin bu təcrübələrin təfərrüatları hələ də gizli qaldığı bildirilib.

BBC Mərkəzi Kəşfiyyat İdarəsinin heyvanlar üçün istifadə edilən proqramlara 600 min dollardan çox pul xərclədiyini qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ