SON DƏQİQƏ

11 sentyabr hadisələrinin ildönümündə ABŞ səfirliyi yaxınlığında partlayış

Tarix:11-09-2019, 08:00

ABŞ-ın Əfqanıstandakı səfirliyinin yaxınlığında güclü partlayış olub.

GunAz.az xəbər verir ki, insident 11 sentyabr hadisələrinin 18-ci ildönümü günündə Kabil şəhərində baş verib. Partlayışdan sonra səfirlikdəki siqnalizasiya qurğusu işə düşüb.

Qurban və yaralılar haqda rəsmi məlumat hələ daxil olmayıb.

Qeyd edək ki, 2001-ci il 11 sentyabr tarixində Əl-Qaidə terror təşkilatı tərəfindən  ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<