SON DƏQİQƏ
» » İtaliya prezidenti Kontenin istefasını qəbul edib

İtaliya prezidenti Kontenin istefasını qəbul edib

Tarix:

21-08-2019, 18:30

/ 1 312 dəfə oxundu.
İtaliya prezidenti Kontenin istefasını qəbul edib

 İtaliya prezidenti Sercio Mattarella baş nazir Cüzeppe Kontenin istefasını qəbul edib.

GunAz.az xəbər verir ki, Mattarella keçmiş baş naziri siyasi böhran həll olunana qədər hökumət başçısı vəzifəsini davam etdirməyə dəvət edib.

Bildirilib ki, siyasətçilər arasındakı söhbət 15 dəqiqə davam edib.

Kommünikedə qeyd olunur ki, çərşənbə günü İtaliya prezidenti mövcud hökumət böhranının həlli ilə bağlı məsləhətləşmələrə başlayacaq.

Qeyd edək ki, ötən gün İtaliyanın Baş naziri Cüzeppe Konte istefa etdiyini açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ