SON DƏQİQƏ

Türkiyədə 51 FETÖ-çu saxlanıldı

Tarix:

20-07-2019, 18:33

/ 1 289 dəfə oxundu.
Türkiyədə 51 FETÖ-çu saxlanıldı

Türkiyənin Manisa şəhərində FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.

GunAz.az xəbər verir ki, həmin şəxslərin saxlanılması ilə əlaqədar şəhərin 6 rayonunda, 40 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində saxlanılanlardan 10-u həbs edilib, 18 nəfər məhkəmə nəzarətinə alınıb, 23 nəfər isə sərbəst buraxılıb.

Bəzi şübhəlilərin həbsdəki təşkilat üzvləri ilə əlaqələrinin olduğu, onlara maddi dəstək göstərdiyi aşkar edilib. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Blok”dan da istifadə etdikləri bildirilir.

Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ