SON DƏQİQƏ

İlham Əliyev Şarl Mişelə məktub göndərdi

Tarix:

18-07-2019, 15:12

/ 1 906 dəfə oxundu.
İlham Əliyev Şarl Mişelə məktub göndərdi

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Şarl Mişelə təbrik məktubu göndərib.

GunAz.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Mişel,

Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ