SON DƏQİQƏ
» » Konsulluq əməkdaşına hücum ilə əlaqədar Bağdad və Ərbillə danışıqlar aparılır -Çavuşoğlu

Konsulluq əməkdaşına hücum ilə əlaqədar Bağdad və Ərbillə danışıqlar aparılır -Çavuşoğlu

Tarix:

18-07-2019, 21:10

/ 1 311 dəfə oxundu.
Konsulluq əməkdaşına hücum ilə əlaqədar Bağdad və Ərbillə danışıqlar aparılır -Çavuşoğlu

Türkiyə konsulluq əməkdaşına hücum ilə əlaqədar Bağdad və Ərbillə mütəmadi danışıqlar aparılır. GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib.

"Biz cinayətkarların saxlanılmasına nail olmaq və hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün  əlaqələrimizi davam etdiririk", Çavuşoğlu deyib.

Diplomat bildirib ki, xüsusilə Şimali İraq Kürd Administrasiyasının rəhbəri Neçirvan Bərzani və İraqın xarici işlər naziri Məhəmməd əl-Hakim ilə danışıqlar aparılır.

Onun sözlərinə görə, konsulluq əməkdaşı nahar etdiyi restoranda  üç nəfərin silahlı hücumu nəticəsində ölüb. Çavuşoğlu qeyd edib ki, onunla eyni masada oturan digər iki şəxsə də atəş edilib, onlardan biri ölüb, digərinin isə vəziyyəti ağırdır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ