SON DƏQİQƏ
» » Assanc ABŞ seçkilərinə müdaxilə etdi – Korrea

Assanc ABŞ seçkilərinə müdaxilə etdi – Korrea

Tarix:

17-07-2019, 10:34

/ 1 772 dəfə oxundu.
Assanc ABŞ seçkilərinə müdaxilə etdi – Korrea

“Vikilks”in qurucusu Culian Assanc Ekvadorun Londondakı səfirliyindən ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinin gedişinə müdaxilə edib.

GunAz.az xəbər verir ki, bu sözləri Ekvadorun eks-prezidenti Rafael Korrea deyib.

“Biz onun seçkilərə müdaxilə etdiyini müşahidə etdik. Bu bizim üçün yolverilməzdir. Çünki bizim prinsiplərimiz, dəyərlərimiz var. Bizim də seçkilərə heç kimin müdaxiləsini istəməzdik”, - Korrea bildirib.

Korreanın sözlərinə görə, “Vikiliks” “düzgün informasiya” paylaşdığını açıqlayaraq özünə bəraət qazandırmağa çalışıb.

“Bu məlumatlar sadəcə Hillari Klintona aid idi. Donald Trampa dair informasiya paylaşılmamışdı. Bütün həqiqətləri söyləməmək manipulyasiya adlanır. Biz buna yol vermərik”, - eks-prezident qeyd edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ