SON DƏQİQƏ

Tuskun Bakı bəyanatı İrəvana mesajdır - Millət vəkili

Tarix:11-07-2019, 11:04 Oxunub:1 755

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri tərəflər arasında münasibətlərin yeni mərhələsinin başlamasının göstəricisidir.

Bu sözləri GunAz.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri haqqında danışarkən deyib. O bildirib ki, səfər zamanı Prezident İlham Əliyev və Donald Tusk arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub:

“Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir”.

Millət vəkili Avropa İttifaqının Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həll olunmasında rolunun vacib olduğunu bildirib:

“Avropa İttifaqı Şurasının Prezidentinin Bakıda bəyanatları Ermənistan üçün mesaj olmalıdır ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Ona görə də münaqişənin həllini uzatmaq Ermənistana yaxşı heç nə vəd etmir. Bütün dünya, eləcədə Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin, xatırladım ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<