SON DƏQİQƏ
» » Daha 3 ərəb dövləti ABŞ-ın Fələstinlə bağlı keçirmək sitədiyi Bəhreyn toplantısına qatılacaq

Daha 3 ərəb dövləti ABŞ-ın Fələstinlə bağlı keçirmək sitədiyi Bəhreyn toplantısına qatılacaq

Tarix:

12-06-2019, 13:29

/ 1 915 dəfə oxundu.
Daha 3 ərəb dövləti ABŞ-ın Fələstinlə bağlı keçirmək sitədiyi Bəhreyn toplantısına qatılacaq

 Əksər ərəb ölkələrinin eləcə də bütün fələstinli hərəkatların boykot etdiyi ABŞ-ın Bəhreyn toplantısına daha 3 ərəb dövləti qatılacaq.

GunAz.az RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev mənbələri məlumat veriblər.

Ağ Evdən Reuters-ə bildirilib ki, Mərakeş, İordaniya və Misir hökumətləri ABŞ-ın Fələstinlə bağlı Bəhreyndə keçirmək istədiyi toplantıya qatılacaqlar.

Lakin adıçəkilən 3 ərəb dövləti rəsmi olaraq Ağ Evdən gələn bu məlumata münasibət bildirməyiblər.

Qeyd edək ki, Donald Tramp Administrasiyası Fələstin-İsrail məsələsinin həlli üçün plan hazırladığını bildirib. Məlumata görə hələ elan edilməyən “Əsrin Sazişi” kimi tanınan bu planda Fələstin dövlətindən, fələstinli qaçqınların öz yurdlarına dönməsindən söz açılmayıb.

“Əsrin Sazişi” kimi tanınan bu planın ilkin mərhələsi kimi cari ayın sonunda Bəhreyndə keçirilən toplantıda fələstinli qaçqınların rifahını təmin edən addımların atılacağı iddia edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ