SON DƏQİQƏ
» » Ərdoğan qırmızı xətti keçmir, ABŞ bunu başa düşür - Şərh

Ərdoğan qırmızı xətti keçmir, ABŞ bunu başa düşür - Şərh

Tarix:

12-06-2019, 09:10

/ 2 020 dəfə oxundu.
Ərdoğan qırmızı xətti keçmir, ABŞ bunu başa düşür - Şərh

Bu gün Türkiyənin önündə həm Moskva, həm ABŞ, həm də NATO ilə strateji ortaqlığı qorumaq kimi çətin bir vəzifə durur.

GunAz.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Postsovet Araşdırmaları Mərkəzinin siyasi eksperti Fərhad İbrahimov çıxış edib.

"Həqiqətən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər cür idarə ilə müstəqil xarici siyasətini davam etdirməyə çalışır, ancaq bu siyasət ölkəni zərbə altında qoya biləcək "qırmızı xətt"i keçmir. Amerikalılar bunu çox yaxşı başa düşür, ancaq eyni zamanda təzyiq vasitəsindən imtina etməyə də tələsmir. Vaşinqtonun Türkiyənin F-35 proqramından çıxarılması məsələsində mövqeyi təzyiqdən başqa bir şey deyil", - İbrahimov vurğulayıb.

Qeyd edək ki, Pentaqon sözçüsü Mayk Endryu türkiyəli pilotların Arizonadakı təliminin başa çatdırıldığını bəyan edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ