SON DƏQİQƏ
» » Danford S-400 problemindən danışdı: Ümidliyəm, amma...

Danford S-400 problemindən danışdı: Ümidliyəm, amma...

Tarix:

21-03-2019, 23:21

/ 10 235 dəfə oxundu.
Danford S-400 problemindən danışdı: Ümidliyəm, amma...

Türkiyə ilə aramızda baş verən S-400 probleminin həll ediləcəyinə ümidliyəm, amma çətin məsələdir.

GunAz.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford deyib.

O, “Röyters”in ABŞ-ın F-35-ləri təhvil verməsinin təxirə salınacağı xəbəri ilə bağlı suala “qərarları mən vermirəm” cavabını verib. Danford Tramp hakimiyyəti və konqresin S-400 və F-35-lərin Türkiyəyə eyni anda verilməsi məsələsində çətinlik çəkəcəyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə "Patriot" raket sistemlərinin tədarükü barədə danışıqları davam etdirmək üçün Ankaranın S-400 raket əleyhinə müdafiə sistemindən imtina etməsinin şərt olduğunu açıqlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ