SON DƏQİQƏ
» » Hollandiyada silahlı hücum edən şəxslə bağlı yeni məlumat

Hollandiyada silahlı hücum edən şəxslə bağlı yeni məlumat

Tarix:

18-03-2019, 22:40

/ 10 286 dəfə oxundu.
Hollandiyada silahlı hücum edən şəxslə bağlı yeni məlumat

Hollandiyanın Utrext şəhərində silahlı hücum baş verib.

GunAz.az xəbər verir ki, “Röyter” agentliyi hücum nəticəsində yaralıların olduğunu bildirib.

Utrext polisi verdiyi açıqlamada 24 Oktyabr Meydanındakı Oudenrijn xəstəxanası yaxınlığında silahlı hücum edildiyi və hadisə nəticəsində yaralıların olduğunu qeyd edib.

Meydan yaxınlığındakı tramvay stansiyası polis tərəfindən mühasirəyə alınıb. Polis bölgədə əməliyyata başlayıb. Əməliyyata dəstək kimi iki helikopter cəlb olunub.

***

Utrextdəki atışma nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Bundan əlavə, Hollandiyada tramvayda atəş açan şəxsin türk əsilli Hollandiya vətəndaşı, 37 yaşlı Gökman Tanis olduğu açıqlanıb.

Polis G.Tanisi saxlamaq üçün əməliyyat keçirir.

***

Gökman Tanis Hollandiya polisi tərəfindən saxlanılıb.

Hadisənin terror aktı olub-olmadığı araşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ