SON DƏQİQƏ
» » ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmədi

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmədi

Tarix:

28-02-2019, 12:08

/ 10 306 dəfə oxundu.
ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmədi

“Rəsmi Vaşinqton tərəfindən Şimali Koreyaya qarşı tətbiq olunan sanksiyalar qüvvədə qalır”. 

 

GunAz.az-ın “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Vyetnamda baş tutan ikinci zirvə görüşündən sonra bildirib. 

 

Onun sözlərinə görə, Şimali Koreya prezidenti bu sanksiyaların tamamilə ləğvini istəyib: “Biz bu barədə danışsaq da, mən bunu edə bilmərəm”.

Tramp ABŞ-KXDR zirvəsinin məhsuldar olduğunu, lakin tərəflərin heç bir razılaşma imzalamamağa qərar verdiklərini vurğulayıb: 

 

“Kim Çen In xüsusi xarakteri olan özəl şəxsdir. Düşünürəm ki, bizim çox yaxın əlaqələrimiz var. Bizim bu dəfə variantlarımız olsa da, biz onlardan istifadə etməmək qərarına gəldik”. 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ